"Zenit" "Leyptsiq"ə uduzdu

  • 06.11.2019
  • 0

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Offsideplus.az xəbər verir ki, G qrupunda "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 3-cü pilləyə enib.

"Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Dieqo Demme, 45+5. Marsel Zabitser, 63


Nə düşünürsən?