“İmtahan”ın aktrisası sirlərini: Ailəmdən gizlin ona "hə" dedim və...

  • 05.11.2019
  • 0

“Bacımı kastinqlərə aparanda bir rejissor mənə rol təklif elədi. Gəlib evdə dedim, əvvəlcə razı olmadılar. Sonra fikirləşdim ki, bu həyat mənimdir və qərarı özüm verməliyəm, səhvi də, düzləri də mənimdir. Sonra ailəmdən xəbərsiz rejissora “hə” dedim. Növbəti dəfə “İmtahan” serialından təklif gələndə artıq ailəmin xəbəri var idi və mənə dəstək oldular. Bu qərarı verməyə peşman olmadım. Çox qəribədir ki, bacımı kastinqlərə mən aparırdım, istəyirdim ki, o, bu sahədə özünü sınasın. Amma iş elə gətirdi ki, özüm aktrisa oldum. Bacım sonra aktrisa olmaq fikrindən daşındı”.

Bu sözləri “İmtahan” serialında əsas rollardan birini canlandıran aktrisa Üzel Kərimova Publika.az-a müsahibəsində deyib. Serialda canlandırdığı İnci obrazı ilə ortaq cəhətlərindən danışan aktrisa fikrini belə izah edib:

“Bəzi xüsusiyyətlərimiz oxşayır. Məsələn, mən də İnci kimi tez inanıram. Amma ümumilikdə bənzəmədiyimiz nüanslar daha çoxdur. Əslində həyatda xoşbəxt olmağın bir sirri də inanmaq və güvənməkdir. Güvənmək hissi insana rahatlıq gətirir. Bu etibardan sui-istifadə edənlər olur, amma sona qədər belə getmir”.

Türk vətəndaşı ilə evli olan Üzel Kərimova həyat yoldaşının sənətdə ona göstərdiyi dəstəkdən də danışıb:

“Həyat yoldaşım ən böyük dəstəkçimdir, azadlığıma çox düşkün insanam, yoldaşım mənə sərhəd qoymur”.

Nə düşünürsən?