Bakıya yeni liftlər gətirildi

  • 01.11.2019
  • 0

Bu ilin sonuna kimi Bakıda istismar müddətini başa vurmuş 542 lift daha müasirləri ilə dəyişdiriləcək.Almaniyanın bu sahədə ixtisaslaşmış beynəlxalq şirkəti tərəfindən quraşdırılan litflərin təqdimat mərasimi keçirilib və bildirilib ki, artıq liftlərin 458-i Bakıya gətirilib və bir qismi quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarıtərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib.

Təqdimat mərasimində Bakı lift-təmir istehsal birliyinin rəhbəri Xalid Ələkbərov bildirib ki, yeni liftlər üçün dispeçər mərkəzi də qurulur ki, yaxın günlərdə o da istifadəyə veriləcək.

Xalid Ələkbərovun sözlərinə görə mərhələlərdə Bakı şəhərindəki köhnə liftlər dəyişdiriləcək.

Qeyd edək ki, yeni liftlərin bütün detallarına 2 il zəmanət verilir və bu müddət ərzində liftlərin mütəmadi təmiri üçün yerli mütəxəssislərə təlim keçiriləcək.

Nə düşünürsən?