Bakıda kişi imam nikahı bağladığı qadını evinə aparıb, görüntülərini çəkdi, sonra...

  • 25.10.2019
  • 0

Zöhrə adlı iki uşaq anası ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib.

AzNews.az xəbər verir ki, o, vətəndaş nikahında yaşadığı əri tərəfindən şəkil və videoları ilə şantaj edildiyini söyləyib.

Zöhrə ilk ailə həyatı uğursuz olduğundan yenidən ailə qurmağa tərəddüd edib. Lakin sonra onu bəyənən kişinin təklifini qəbul edib. Hətta həmin şəxsin keçmiş həyat yoldaşı belə ona mesaj yazaraq kişini tərifləyib. Bundan sonra Zöhrə tərəddüd etsə də ailə qurmağa razılıq verib.

Qadının sözlərinə görə, imam nikahları kəsildikdən sonra oğlanın evinə gedib. Bir müddət birlikdə yaşasalar da münasibətləri müsbət axarı ilə davam etməyib. Hazırda isə həmin şəxs tərəfindən şantaj edilir.

İki qız anası olan qadın proqramdan kömək istəyib.

Nə düşünürsən?