`BakuBus`: Sərnişin sürücünün avtobusu idarə etməsinə mane olub

  • 17.10.2019
  • 0

Bir neçə gün əvvəl 88 saylı marşrut üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusda kondisionerə görə sərnişinlə sürücü arasında mübahisə yaranması barədə məlumat dərc etmişdik.


Sözügedən hadisə ilə bağlı “BakuBus” MMC-dən FaktXəbər-ə bildirilib ki, sərnişin sürücü ilə mübahisə edib və onun nəqliyyat vasitəsini idarə etməsinə mane olub. 


Açıqlamada qeyd edilir ki, avtobusda kondisionerlər işlək vəziyyətdə olduğu halda, sərnişin sürücüdən soyutma sisteminin işə salınmasını tələb edib və mübahisəni davam etdirib. Həmçinin, sürücünün əsəbləşməsinə səbəb ola biləcək təhqiredici ifadələrdən istifadə edib? 


"“BakuBus” MMC sərnişinləri ictimai nəqliyyatdan istifadə qaydalarına əməl etməyə, sürücülərin fəaliyyətinə mane olmamağa çağırır. “BakuBus” MMC KİV nümayəndələrindən xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar. Avtobuslarda qeydə alınan hallarla bağlı dəqiqləşdirmə aparsınlar və birtərəfli məlumat yaymasınlar. " 


Qeyd edək ki, bu halla bağlı 14.10.2019-cu il tarixində portalımızda “”BakuBus” sürücüsü hirslənəndə belə olur – VİDEO” sərlövhəli məlumat dərc olunub və görüntü yayımlanıb.

Nə düşünürsən?