Qazax sakini iki dəfə qarət edildi

  • 16.10.2019
  • 0

Qazaxda bir evdən son 6 ayda ikinci dəfə oğurluq edilib.  


APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsi, 12 ünvanında qeydə alınıb. 


Son 6 ayda oğrular bu evə 2 dəfə baş çəkib. Məişət avadanlıqları, yorğan-döşək, kİlim, qab-qacaq, iki dvd, eləcə də  dəyəri 300 manat olan baba yadigarı - əntiq samovar da aparılıb. 


Ev sahibi bildirir  ki, evin zirzəmisində bişirib topladığı qış azuqəsi də  oğrunun diqqətindən yayınmayıb. Aliminium qab-qazan, eləcə də həyətdə olan metal yığınağı bu dəfə oğurlanıb.  


Araşdırmalar davam edir.  

Nə düşünürsən?