İngiltərə Bolqarıstandan UEFA - ya şikayət edib

  • 15.10.2019
  • 864 baxış
  • 0

Dünən baş tutan Bolqarıstan - İngiltərə oyunu qalmaqala səbəb olub. Belə ki , bolqar azarkeşlər ingilis futbolçulara qarşı irqçi hərəkətlərə yol veriblər. Bu hərəkətlər ingilis futbolçularının narazılığına səbəb olub .Bu səbəbdən oyun protokol qaydalarına uyğun olaraq iki dəfə hakim tərəfindən dayandırılıb. Bolqar azarkeşlər əvvəlcə nasist salamı veriblər sonra isə meymun səsləri çıxarmağa başlayıblar. İngiltərə Futbol Federasiyasının sədri Greg Clarke bunu 'futbolda gördüyüm ən dəhşətli gecələrdən biri' olaraq xarakterizə edib. İngiltərə bu hərəkətlərə görə Bolqarıstanı UEFA - ya şikayət edib. Qeyd edək ki , oyun İngiltərənin Bolqarıstanı 0-6 qələbəsilə başa çatıb.

Mənbə : Guardian Sport

Nə düşünürsən?