Polis etirazçıları dəyənəklə döydü: 131 nəfər yaralanıb

  • 15.10.2019
  • 0

2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın 12 lideri 9 ildən 13 il müddətinədək həbs cəzasına məhkum edilib.

Bununla əlaqədar müstəqil qruplar ötən gündən etiraz aksiyalarına başlayıblar. Polis əməkdaşları nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurma nəticəsində 131 nəfər xəsarət alıb.

Etirazçılar magistral yolları bağlayıb, qatarların hərəkətinə mane olublar. Barselonanın “El- Prat” beynəlxalq hava limanı 45 uçuşu ləğv edib.

Nə düşünürsən?