“Citroen” əks yola çıxaraq “Nissan”la toqquşdu: 2 ölü, 3 yaralı

  • 14.10.2019
  • 0

Rusiyanın Perm əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün Perm - Berezniki avtomagistralının 57-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, qadın sürücünün idarəetməsindən olan “Citroen” markalı minik maşını əks yola çıxaraq “Nissan” markalı minik avtomobili ilə toqquşub. Qəzanın şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə, “Citroen”də 2 yaşlı uşaq, “Nissan”da isə 40 yaşlı qadın aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

Nə düşünürsən?