Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirildi

  • 13.10.2019
  • 0

APA TV xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak edib. 


Türk Şurasının Baş katibi Bağdad Amriyev deyib ki, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni səhifə açır. 


Gənclər və İdman naziri Azad Rəhimov isə bildirib ki, türkdilli ölkələri birləşdirən bir çox dəyərlər var:  “Bu gün Bakıda 4 dövlətin nümayəndələri və gəncləri üçün ilk konfrans keçirildi. Bu platformanın işçi qrupları təsis olundu. Biz belə düşünürük ki, gələcəkdə həmin platforma çox işlər həyata keçirəcək”.


“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının yaranmasının 10 ilinin tamam olduğunu vurğulayıb. Qeyd edib ki, Şura Naxçıvan Muxtar Respublikasında yaranıb. 


 “Bu gün Azərbaycan  vacib tədbirə ev sahibliyi edir. Diplomatik korpus və siyasi platforma sayılan Türk Şurasının əsas məqsədi türkdilli ölkələrin gənclərini  birləşdirməkdir. Hesab edirəm ki, bu da yetərincə məqsədəuyğun və vacibdir”.


Daha sonra tədbir gənclər təşkilatlarının fikirləri ilə davam edib. 

Nə düşünürsən?