Azərbaycanlı idmançıdan qardaş Türkiyəyə dəstək: Türkiyə üçün şəhid olmağa hazıram

  • 13.10.2019
  • 0

Xəbər verdiyimiz kimi Türkiyə Ordusu Suriyada terrorçulara qarşı geniş hərbi əməliyyatlara başlayıb.Türkiyə prezidenti R.T.Ərdoğanın bu tarixi qərarı bir sıra Qərb ölkələri tərəfindən mənfi qarşılanıb. Türkiyənin təkləndiyi bir məqamda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq Türkiyənin yanında olduğunu bildirdi.


Oxu24.com xəbər verir ki, tanınmış azərbaycanlı idmançı Araz Musayev və bir qrup vətənpərvər bu gün Türkiyə Cümhuriyyətinin Bakıda yerləşən səfirliyini önünə gedib. 9 QAT DÜNYA, 3 QAT AVROPA ÇEMPİONU ARAZ MUSAYEV Türkiyə uğrunda şəhid olmağa hazır olduğunu Türk diplomatlara bildrib. Onlar hazırladıqları rəsmi müraciəti səfirlik əməkdaşlarına təqdim edib. Sözügedən təsirli videonu təqdim edirik

Nə düşünürsən?