PKK təbliğatı iflasa uğradı: Kənd sakini müxbiri çıxılmaz vəziyyətdə qoydu

  • 12.10.2019
  • 0

Türkiyənin Suriyada  kürd terrorçularına qarşı 9 oktyabrda başlatdığı hərbi əməliyyatdan sonra rəsmi Ankaraya siyasi təzyiqi həm də türk ordusunu qaralama kampaniyası müşayət edir.


Cebhe.info xəbər verir ki, xüsusilə PKK-ya yaxın olan televizya kanalları Türkiyə ordusunun əməliyyat keçirilən ərazilərdə mülki şəxslərə qarşı da zorakılıq tətbiq etdiyinə dair yalan informasiyalar yaymağa cəhd göstərir. 


Belə ki,  PKK-ya bağlı olan Kanal R Ərbilin Eşmə kəndindən hazırladığı reportajda Türkiyə hərbçilərinin mənfi obrazını yaratmağa çalışsa da, buna nail olmayıb. Kənd sakinləri kanalın müxbiri ilə söhbətdə türk Silahlı Qüvvələrinin kəndi qətiyyən atəşə tutmadığını, zərbə endirmədiyini, yerli sakinlərdən isə sadəcə bir dəfə ayran istədiklərini deyərək müxbiri çıxılmaz vəziyyətdə qoyub. Ard-arda verdiyi təhrikedici sullara istədiyi cavabı ala bilməyə kanal əməkdaşının təbliğatı nəticəsiz qalıb.

Nə düşünürsən?