“Higibis” qasırğası yaxınlaşır: evlərin damlarını, ağacları və avtomobilləri uçurur

  • 12.10.2019
  • 0

Yaponiya sahillərinə güclü “Higibis” qasırğası yaxınlaşır. Avtosfer.az xəbər verir ki, artıq şiddətli küləyin ilk nəticələri qeydə alınıb – evlərin damlarını, ağacları və avtomobilləri uçurur.

Belə ki, tayfun 500-dən artıq evi işıqsız qoyub, 200 mindən çox insana evakuasiya xəbərdarlığı edilib. Tokio şəhəri yaxınlığında külək korteji yerlə bir edib.

Ölən və ya yaralananların olması barədə məlumat verilmir.

 

Namiq Musayev

Nə düşünürsən?