Növbəti bələdiyyə seçkilərinin dekabrın 2-ci yarısında keçirilməsi planlaşdırılır

  • 11.10.2019
  • 0

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri ilə müşavirə keçirilir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib ki, növbəti bələdiyyə seçkilərinin dekabrın 2-ci yarısında keçirilməsi planlaşdırılır. Yaxın günlərdə seçkilərin dəqiq günü elan ediləcək.

"Yaxın günlərdə seçkilər elan ediləcək. 1606 bələdiyyəyə 15 mindən artıq üzv seçilməsi gözlənilir”.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır.

Nə düşünürsən?