Sürücü vurduğu piyadanı xilas etmək istədi, amma...

  • 11.10.2019
  • 0

Göygöldə maşın vuran piyada ölüb. 


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndi qeydə alınıb. 


Babək Qasımov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçmək istəyən, təxminən 50-55 yaş arasında olduğu ehtimal edilən kişini vurub. 


Sürücü vurduğu adamı xəstəxanaya apararkən o, yolda keçinib. Ölən şəxsin kimliyi hələlik dəqiqləşdirilməyib. 


Sürücü saxlanılıb və izahatı alınıb. 


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?