Загрузка...

Bakıya antik xəncər keçirmək istəyən azərbaycanlı saxlanıldı

10.10.2019 | 8 | 0

Rusiyada Mineralnıye Vodı şəhərinin gömrük işçiləri sərhəddən antik silah keçirmək istəyən azərbaycanlını saxlayıb. “Qafqazinfo”nun "STV24"ə istinadən xəbərinə görə, bu barədə Mineralnıye Vodı sərhəd keçid məntəqəsinin mətbuat xidməti məlumat yayıb.  

İnsident bu ilin aprelində baş verib. Bakıya uçan sərnişinlərin gömrük yoxlanışı zamanı Azərbaycan vətəndaşının baqajında İsveçrə istehsalı olan xəncər aşkarlanıb. Vətəndaşın silahın daşınması ilə bağlı heç bir sənədi olmayıb. O, müfəttişə xəncəri dostundan aldığını deyib.

Müsadirə edilən silah eskpertizaya verilib. 1914-cü ildə İsveçrədə istehsal edilən silahın bazar qiymətinin təxminən 20 min rubl (523,43 AZN) olduğu məlum olub.

Mineralnıye Vodı şəhərinin gömrük postunun rəisi Sergey Kaşenkonun sözlərinə görə, silah barədə əvvəlcədən məlumat verməməklə qanun pozuntusu edən vətəndaş 10410,50  rubl (272,46 AZN) cərimə ödəməli olacaq. Bununla belə, onun əşyası müsadirə olunmayacaq.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

yüklənir...
Nə düşünürsən?