“Yad gəlin”in aktyorları sirləri açdı: “Toy günü bəy öldürülür, gəlini qardaşı ilə evləndirirlər"

  • 10.10.2019
  • 0

"Mütləqdir ki, ssenaridə konflikt olsun. Hadisələr tez-tez dəyişsin və maraqlı cərəyan etsin. "Yad gəlin" ilk bölümdən böyük konfliktlə efirə daxil olduğu üçün tamaşaçıda maraq doğura bildi. Türk seriallarından fərqli olaraq biz çox az büdcə və məvaciblə çəkirik. Odur ki, tamaşaçıların onları bizimlə müqayisə etməsi ədalətli olmaz. Bəzən iradları çox kəskin şəkildə bildirirlər. Səhvlər ola bilər, amma səhərdən axşama qədər işləyən çəkiliş heyətinin əziyyətini də nəzərə almaq lazımdır. Hamı bu işə ürəyini qoyur. Tamaşaçıları gərginlikdə saxlaya biləcək hadisələr çoxdur. Serialı izləməyə davam edin, əsas hekayələr hələ qarşıdadır".


Bu sözləri "Yad gəlin" serialında baş qəhrəmanı canlandıran aktrisa Günəş Mehdizadə Publika.az-a müsahibəsində deyib.


İlk bölümündən etibarən yüksək reytinq toplayan "Yad gəlin" serialının aktyorları Günəş Mehdizadə və Həsən Ağa iki ailənin düşmənçiliyindən bəhs edən layihə ilə bağlı Publika.az-a danışıb. Aktyorlar eyni zamanda ailədaxili münaqişə mövzularına toxunub.

Nə düşünürsən?