Загрузка...

Bağlanmış banklarda əmanətləri olanların nəzərinə!

08.10.2019 | 108 | 0

Azərbaycanda bağlanan banklarda olan qorunmayan əmanətlərin geri qaytarılmasına başlanılacaq. Amma bütün qorunmayan əmanətlər qaytarılmayacaq.


Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.



Bildirilir ki, ləğvetmə prosesində olan "Atrabank" , "Royalbank" , "Kredobank" , "Zaminbank" , "Bank of Azerbaijan" , "Qafqaz İnkişaf Bankı" , "Bank Standard" , "Yunayted Kredit Bank" , "Texnikabank" , "Dəmirbank" və "Gəncəbank" da olan fiziki şəxslərin pulları qaytarılacaq.


Bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına "Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-da başlanılacaq.


Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək.

yüklənir...
Nə düşünürsən?