Загрузка...

Yollara “ağıllı uzanan polis”lər quraşdırıla bilər

08.10.2019 | 131 | 0

Gələn ildən Rusiya yollarında “ağıllı uzanan polis”lər quraşdırıla bilər. Avtosfer.az xəbər verir ki, onlar asfalta bərkidilərək nəqliyyatın hərəkətinə uyğun qalxıb enəcəklər.

Layihə müəllifləri əmindirlər ki, bu sistem avtomobil asqılarının ömrünü təxminən iki dəfə artıracaq.

Videoregistrator, hər hansı bir nəqliyyat vasitəsinin sürət həddinin aşması zamanı “uzanan polis”ə siqnal ötürəcək və oda qalxacaq. Belə olan halda da, sürücü məcbur olub sürət həddini aşağı salacaq.

“Uzanan polis”in daha bir işləmə xüsusiyyəti də var - sahibinin tarixi haqqında məlumat olan avtomobillərdə bir mayak tətbiq etməkdir. Qəza törədən və ya yol patrulundan qaçan varsa, “polis” həmişə onun qarşısına çıxacaq.

 

Namiq Musayev

yüklənir...
Nə düşünürsən?