Загрузка...

“Titanik 2” inşa edilir - Yeni görüntülər

07.10.2019 | 93 | 0

Tarixdə Böyük Britaniyanın inşa etdiyi məşhur "Titanik" gəmisinin ikinci versiyası hazırlanır.

Femida.az xəbər verir ki, gəmini avstraliyalı biznesmen Kliv Palmer tikdirir. “The Titanik II” adlanan gəminin 2022-ci ilə hazır olacağı bildirilir.

Məlumata görə, gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək və onun orijinal variantı tamamilə saxlanılacaq. Klivin sözlərinə görə, 1912-ci ildə batmış "Titanik"i görmək arzusu insanlar bundan sonra reallaşdıra biləcəklər. “The Titanik II” adlanacaq gəmi ilk marşrutunu İngiltərənin Sauzempton limanından ABŞ-ın Nyu-York şəhərinə edəcək.

Gəminin göyərtəsinə 2435 sərnişin və 900 nəfərlik ekipaj üzvü yerləşə biləcək.

Qeyd edək ki, “Titanik” gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub.

Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri "Titanik" tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. "Titanik"də bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.

Nə düşünürsən?