Загрузка...

Orduxana görə "Qarabağ" cəzalandırılacaq

04.10.2019 | 672 | 0

Xəbər verdiyimiz kimi, Lüksemburqda baş tutan "Qarabağ" - "Düdelanj" matçında təxribat olub.

 

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, qondarma respublikanın bayrağı dronla qaldırılan zaman meydana girmək istəyən azarkeşlərə görə "Qarabağ" da cəzalandırıla bilər.

 

Belə ki, Avropada yaşayan siyasi mühacir Orduxan Teymurxan oyun dayandığı zaman meydana girməyə cəhd edib. 

 

Onu polislərlə "Qarabağ"ın futbolçuları Riçard Almeyda və Mahir Əmrəli saxlayıb. O eyni zamanda polisi təhqir edib.

 

Orduxanın bu hərəkəti oyununun protokolunda qeyd edilib. Bu səbəbdən də UEFA-nın "Düdelanj"la bərabər "Qarabağ"a da cəza kəsəcəyi gözlənilir.

 

Populist çıxışları ilə gündəmə gəlmək istəyən Orduxan bu hərəkəti ilə "Qarabağ"a və Azərbaycana zərbə vurub. 

yüklənir...
Nə düşünürsən?