Azərbaycan fındıq istehsalına görə dünyada ikinci ola bilər

  • 03.10.2019
  • 0

Azərbaycan dünyada fındıq istehsalına görə 2-ci ola bilər.Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 74 min hektardır. Ötən il ölkədə 45,5 min ton fındıq istehsal edilib.


Pambıqçılıqda strategiyanın tamamilə dəyişdirildiyini deyən Firdovsi Fikrətzadə 102 min hektar ərazidə pambıq əkildiyini bildirib.Onun sözlərinə görə bu il ölkədə daha çox pambıq istehsalı gözlənilir.Mərkəzinin direktoru pomidor istehsalından da danışarkən qiymətlərin ötən illə müqayisədə 30-40 % ucuz olduğunu bildirib.


Firdovsi Fikrətzadə onuda bildirib ki,ölkəmiz ərzaq buğdasına olan tələbatının 62%-ni ödəyir.Buna baxmayaraq hökumət bu göstərici ilə qane olmaq istəmir və təminetmə faizini artırmaq istəyir.Bunun üçün hər il buğda istehsalının 200 min ton artırılması nəzərdə tutulub deyə nazirlik rəsmisi əlavə edib

Nə düşünürsən?