Sərnişin avtobusu çaya düşdü: 6 ölü, 19 yaralı

  • 03.10.2019
  • 0

Hindistanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 3-də gecə saatlarında Madhya-Pradeş ştatının Raysen rayonunda sərnişinlərin əksəriyyətinin yatdığı zaman qeydə alınıb. Bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, avtobus körpüdən keçən zaman naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq əvvəlcə arakəsmələrə sonra da çaya düşüb.

Qəza barədə ilk öncə yerli sakinlər xəbər tutublar. Polisə və xilasetmə briqadalarına zəng etdikdən sonra yaralıların köməyinə çatıblar. Avtobusdan çıxarılan yaralılar “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

 

Namiq Musayev

Nə düşünürsən?