Domodedovo hava limanında tülkü peyda oldu

  • 01.10.2019
  • 0

 

Moskvanın Domodedovo hava limanında tülkü peyda olub.


Sfera.az oxu.az-a istinadən xəbər verir ki, baqaj lentində azan heyvanı sərnişinlər lentə alıblar.


Tülkü terminalda bir neçə dəqiqə ora-bura qaçandan sonra hava limanını tərk edib və daha gözə görünməyib.


Üç il bundan əvvəl aeroport ərazisində əməkdaşlar iki tülkü balasını tapıb vəhşi heyvanların reabilitasiyası mərkəzinə təhvil veriblər. 

Nə düşünürsən?