Bakıda tələbə dəm qazından öldü

  • 08.12.2017
  • 0

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. APA-nın məlumatına görə, paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi, ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, T.Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olub.

Nə düşünürsən?