Ən yaxşı qol, ilin futbolçusu və... - FİFA qalibləri açıqladı

  • 24.09.2019
  • 0

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messini 2019-cu ilin ən yaxşı futbolçusu elan edib.


Bu haqda təşkilatın tvitter hesabında bildirilir.


Messi bu nominasiyada "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyki qabaqlayıb.


FİFA 2019-cu ildə Macarıstanın "Ferensvaroş” klubunun yarımmüdafiəçisi Daniel Jorisi ən yaxşı qolun müəllifi elan edib. Ən yaxşı məşqçi adına isə "Liverpul”la Çempionlar Liqasını qazanan Yurgen Klopp layiq görülüb.

Nə düşünürsən?