Gəncə hadisələri ilə bağlı şok videosu yayıldı: "O qara paltarda olan sən döyülsən ki ə,"

  • 23.09.2019
  • 0

Real TV-nın rəhbəri, əməkdar jurnalist Mirşahin Ağayev Gəncə hadisələri ilə bağlı sensasion video yayımlayıb. Oxu24.com xəbər verir ki, görüntülərdə Gəncədə iki polis zabitini qətlə yetirən terrorçu Rəşad Böyükkişiyevin müraciəti əks olunub.

Terrorçu. Bu müraciəti o Gəncə İcra Hakimiyyəti qarşısındakı aksiyaya getməzdən əvvəl edib və polis zabitlərini qətlə yetirib.

Və bu müraciətdən sonra o niyyətini həyata keçirir. Sonrasını necə, bilirsiz? Yox yəqin ki, istintaq sirri ola bildiyindən bəzi mətləbləri açmıram. Amma məndə olan bəzi yazışmaları oxuyacam. Buyurun. Tanış olun. Rəşad Böyükkişiyev artıq öz mənhus niyyətini həyata keçirib. İki polis zabitini qətlə yetirib. Birini isə ağır yaralayıb. Baxın adam təəssüratlarını necə bölüşür:

10 iyul 2018-ci il:

"Sən niyə gəlirsən ki, sənin başına dönüm? Onun yeri hardadı, neçə dənə itləri vurmuşam mən. Mənə bir dənə onun yerini deginən, onu götürüm, o mənə lazımdı!” "Mehribangilə də deginən. Vaqifgil zad da yığışsınlar getsinlər kəndə hamısı. Denən yığışsınlar getsinlər, kənddə qalsınlar bir iki üç gün”

"Hə neçə dənə itlərə soxdum ə. Bərk soxdume öz də desəm. Öldürdüm e.” Onun yazışdığı şəxsin cavabı belədir:

"Ə, bilirəm Həci! Qııraxdan çəkib quyubdu yutub-a. Tam düşmürsünüz, amma qıraxdan düşürsünüz. O qara paltarda olan sən döyülsən ki ə, böyürdən xançal çıxardır, şappaşap soxur”

Rəşad:

"Hə... uje youtuba qoyublar?

Cavab:

"Hə youtuba qoyublar Həci. Xəncəl böyürdən çıxanda hamısı da düşübdü, prosto yaxşı ki kürəyin kameraya düşübdü. Üzün düşməyib kameraya. Ə görüblər səni uşaqlar. O Xəyaldı zad, hamısı görüblər. Əligilnən danışıblar. Əli də deyib ə, bilmirəm, o buralarda yoxdur!”

Həmin videonu təqdim edirik:

Nə düşünürsən?