Məşhur basketbolçudan şok etiraf: "Madonna məndən hamilə qalmaq üçün..."

  • 21.09.2019
  • 0

Məşhur basketbolçu Dennis Rodman Madonna ilə bağlı şok etiraf edib.

Fanat.Az xəbər verir ki, "The Breakfast Club" adlı radio proqramına qatılan "Çikaqo Bulls"un əfsanəvi oyunçusu 1993-cü ildə məşhur müğənni ilə sevgili olduğu dövrdən danışıb.

58 yaşlı Rodman bildirib ki, Madonna ona 20 milyon dollar təklif edib: "Məndən hamilə qalmaq üçün 20 milyon dollar təklif etdi. Uşaq dünyaya gələcəyi halda pulu verəcəyini dedi".

Madonna ilə aralarındakı bu dialoqun Las Veqasbda bir qumar masasında baş tutduğunu bildirən Rodman "Mənim üçün xüsusi təyyarə göndərdi. Daha sonra Nyu Yorkda Madonnanın yanında getdim. Onunla eyni təyyarədə Las Veqasa dönərək qumar oynamağa davam etdim" deyib.

Rodman həmçinin qeyd edib ki, Madonnanın 22 yaşlı qızı Lurdesin də Karlos Leonla bənzər anlaşma nəticəsində dünyaya gəlmək ehtimalı var. 

Nə düşünürsən?