Yüksək sürətin nəticəsi: qadın öldü, sürücü...

  • 19.09.2019
  • 0

Goranboyda ölümlə nəticələnən qəza baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb. 

İdarəetmədən çıxan “BMW” öncə elektrik dirəyinə, daha sonra isə  qaz borusuna çırpılaraq aşıb. Nəticədə hələlik şəxsiyyəti dəqiqləşdirilməmiş 1 qadın xəstəxanaya aparılarkən yolda keçinib. 

İlkin məlumata görə o, Sumqayıt sakinidir. Xəsarət alan 29 yaşlı Tərtər rayon sakini - Tural Abdullayev isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirib. 

Qəzaya səbəb kimi yüksək sürət göstərilir. 

Avtomobilin dəydiyi qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində 1000-dən artıq abonent qazsız qalıb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?