18 sentyabr - Milli Musiqi günüdür

  • 18.09.2019
  • 0

"O olmasın, bu olsun", "Arşın mal alan", "Koroğlu", "Aşıq sayağı"....


Bu əsərlər milli qürurumuz və incəsənətimizin bariz nümunələridir.


O isə bu əsərlərin qurucusu, Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylidir. O, XX əsrin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz dəst-xətti ilə seçilən böyük bəstəkarlardandır.


Bu gün Azərbaycanda birbaşa Üzeyir Hacıbəylinin adı və onun doğum gününün şərəfinə Milli Musiqi günü kimi qeyd olunur. O, istər peşəkar musiqiçilərin, istərsə də sıravi vətəndaşların qəlbində taxt qurmuş nəhəng sənətkardır...


Bu gün həmçinin dahi bəstəkarın ev muzeyində də tədbir keçirilib. Tədbirdə bir sıra rəsmi şəxslər və üzeyirsevərlar iştirak ediblər. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir bəyin yaradıcılığından və musiqi günündən bəhs edib. Daha sonra tədbir dahi bəstəkarın əsərlərinin səsləndirilməsi ilə davam edib.

Nə düşünürsən?