Загрузка...

Xalq artisti canlı efirə qoşuldu: “Bakıya qayıtmaq istəyirəm”

18.09.2019 | 243 | 0

 

ARB TV-nin "Elgizlə İzlə" verilişində uzun zamandır səhhətində problem yaşayan xalq artisti Naibə Allahverdiyeva ilə telefon bağlantısı qurulub.

Sfera.az milli.az-a istinadən xəbər verir ki, Türkiyədə müalicə alan xalq artisti vətəni üçün darıxdığını deyib:

"Sağlam olarsansa, dünyada hər şeyə nail olmaq olar. Bir müddətdir ki, səhhətimlə bağlı Türkiyədəyəm. İnşallah hər şey yaxşı olar. Az bir zaman burada olmağıma baxmayaraq vətənim üçün darıxıram. Burnumun ucu göynəyir, Bakıya qayıtmaq istəyirəm. Tezliklə görüşəcəyik".


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

yüklənir...
Nə düşünürsən?