Üzeyir Hacıbəyli Türkiyə mediasında

  • 18.09.2019
  • 0

Bu gün Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

“Ölkə.Az” xəbər verir ki, dahi bəstəkarın doğum günü Azərbaycanın hüdudlarından kənarda da qeyd olunur.


Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə qardaş Türkiyə televiziyası “Bir Ulusun Sanat Dehası – Üzeyir Hacıbeyli ” adlı bir film hazırlayıb.


“Haber Global” telekanalının hazırladığı filmdə Üzeyir bəyin keçdiyi həyat və yaradıcılıq yolundan bəhs edilir.

Film Bakı vaxtı ilə saat 21.20-də yayımlanacaq.

Nə düşünürsən?