"Fənərbaxça" liderə uduzdu

  • 17.09.2019
  • 0

Türkiyə Super Liqasında IV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə "Fənərbaxça” səfərdə lider "Alanyaspor”la üz-üzə gəlib. Oyun eydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu "Fənərbaxça"nın cari mövsümdə ilk məğlubiyyəti olub.

"Alanyaspor"un heyətində Papiss Sisse dubl edib, Junior Fernandes bir qol vurub. "Fənərbaxça"nın təsəlli qoluna isə Tolqa Ciğerci imza atıb.

Qeyd edək ki, "Alanyaspor" 4 turdan sonra maksimum xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbaxça" isə 7 xalla 3-6-cı pillələri bölüşür. "Qalatsaray", "Dənizlispor" və "Qazişəhər"in də eyni xalı var.

Nə düşünürsən?