Azərbaycan xalqına itki üz verdi

  • 14.09.2019
  • 0

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.


BiG.AZ-ıın "Report"a istinadən verdiyi məlumata görə, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.


O, 71 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, T.Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.T.Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.


Allah rəhmət eləsin!

Nə düşünürsən?