21 yaşlı əri arvadının sevgilisi bıçaqladı

  • 14.09.2019
  • 0

Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb.

İddiaya görə, onu bıçaqlayan həmyerlisi - 1992-ci il təvəllüdlü Seyran Əliyev Cəfər Əhmədovun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olub. 

Seyran Əliyev qadınla onların evində görüşən zaman Cəfər Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. Seyran Əliyev masanın üzərindəki bıçağı götürərək Cəfər Əhmədovu bıçaqlayıb.

Yaralı 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Seyran Əliyev polis tərəfindən saxlanılıb.

Onun barəsində cinayət işi açılıb. 

Nə düşünürsən?