Uşaqlarda soyuq aylarda yaranan burun-boğaz problemləri

  • 13.09.2019
  • 0

Havaların soyuması, payız-qış mövsümünün başlanması ilə bağlı uşaqlarda ən çox rast gəlinən problem boğaz, burunda iltihab yaranmasıdır.

 

Bunu e-tibb.az-a video açıqlamasında qulaq, burun, boğaz, baş və boyun cərrahı, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Yusif Hacıyev deyib.

 

Həkim bildirib ki, bu zaman ən önəmli məsələ belə halların təkrarlanma göstəriciləridir: “Uşaq xəstələnən kimi burun, boğaz ətini kəsdirmək lazımdır deyilməsi yanlışdır. Burada bəlli kriteriyalar var, həmin kriteriyaları nəzərə almaq lazımdır”.

 

Mütəxəssis həmin kriteriyaların nədən ibarət olduğunu, əməliyyata nə vaxt göstəriş olduğunu  açıqlayıb. Onun sözlərinə görə, uşaqlarda xəstələnmə sıxlığı azdırsa, məsələn, burun, boğazda ildə bir dəfə iltihabi proses baş verirsə, ondan əvvəl heç vaxt belə bir hal olmayıbsa, əməliyyata göstəriş yoxdur.

 

Həkim, bağçaya, məktəbə gedən uşaqların tez-tez xəstələnməsi halları, bunun səbəbləri barədə də danışıb, valideynlərə müraciət edib.

Nə düşünürsən?