Aya sərt eniş edən `Vikram` modulu ilə əlaqə itib

  • 09.09.2019
  • 0

Hindistanın "Chandrayan-2" Ay missiyasının "Vikram" eniş modulu, ehtimal ki, Yerin təbii peykinin səthinə sərt eniş edib. Cihazla əlaqə hələ bərpa olunmayıb. FaktXeber.com-un NDTV-yə istinadla verdiyi məlumata görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının yüksək səviyyəli nümayəndəsi Milsdami Annadurai jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

Şənbə günü Hindistan vaxtı ilə səhər çağı "Vikram" ayın səthinə idarə olunan eniş etməli idi. Ay aparatında eniş normal olub, lakin 2,1 km yüksəklikdə nasazlıq yaranıb və yoldan sapma baş verib. Baş verənlərin təfərrüatları hələ də bəlli deyil. Sonra "Vikram"ın komanda məntəqəsi ilə əlaqəsi itib.

"Ayın səthdə eniş modulunu tapdıqdan sonra, onunla əlaqə qurmalıyıq. Məlumatlara görə cihazın yerləşdiyi ərazinin təbiəti, yumşaq eniş haqqında danışmağa imkan vermir. Bundan əlavə bəzi hallar modulla yenidən əlaqə yaratmağımıza mane olur", - deyə Annadurai bildirib.

Nə düşünürsən?