Xınalıqda musiqi festivalı keçirilir

  • 07.09.2019
  • 0

Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda "Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı başlayıb. Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, festivalda müxtəlif əyləncələr təşkil edilir, cürbəcür əl işləri və maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Festival zamanı "Dağların başı” layihəsi çərçivəsində ərsəyə gətirilmiş məhsulların satış yarmarkası da təşkil edilir. Festivala xeyli sayda xarici turist də qatılıb.

Sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını təqdim edəcək və müxtəlif master-klaslar keçəcəklər.

Nə düşünürsən?