Yüksək balla tələbə adını qazananlar mükafatlandırıldı

  • 07.09.2019
  • 0

Ağdamda ölkənin ali məktəblərinə qəbul olan, rayonun cəbhə xəttindəki kəndlərində və köçkün həyatı yaşayan gəncləri ilə görüş keçirilib. 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, görüşdə rayonun ümumtəhsil məktəblərini bitirən 591 nəfər məzun, onların müəllim və valideynləri, eləcə də İcra Hakimiyyətinin rəsmləri və Milli Məclisin deputatı iştirak edib. 

Muğam Mərkəzində bir araya gələn gənclərin talelərinə doğulduqları gündən ya güllə səsi eşitmək, ya da köçkün qəsəbəsində yaşamaq yazılıb. Elə bəlkə də məhz bu səbəbdən öz öhdəliklərini laiqincə yerinə yetirib, təhsildən necə deyərlər, ikiəlli yapışıblar. 

Rayonun ümumtəhsil məktəblərini bitirən 591 nəfər məzunundan 85 nəfəri 500-600 arası, 23 nəfəri isə 600-dən çox bal toplayıb. Həmçinin 10 nəfəri xüsusi təyinatlı məktəblərə qəbul olub. 

Yüksək bal toplayan gənclərə mükafat verilib.

Tədbir konsert proqramı ilə davam edib. 

Nə düşünürsən?