Yol polisi yolda qalan sürücüyə jest etdi

  • 06.09.2019
  • 0

Yolda qalan sürücüyə ilk yardımı ərazidə xidmət aparan yol polisləri edib.

Paytaxt sakini Emil Hüseynov ailəsi ilə Bakıdan- İsmayıllı rayonuna istirahətə gedərkən yolda avtomobilində nasazlıq yaranıb.Avtomobil qəfildən yolun hərəkət hissəsində sönüb. Yolda təhlükəli vəziyyət yarandığından sürücü ailəsini dərhal avtomobildən düşürüb.

Baş Dövlət Yol Polis İdarəsinin İsmayıllı rayon ərazisindəki stasionar postunun ''99-YP-805'' dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan əməkdaşları həmin sürücüyə kömək ediblər.

Polis əməkdaşları avtomobili təmir edə bilmədiklərindən gedib usta gətiriblər. Ustanın köməyi ilə xarab olan avtomobil təmir edilib.

Yol polis əmkdaşlarının yardımı ilə bağlı sürücü öz sosial şəbəkəsində də məlumat yayıb. Soisal şəbəkə istifadəçiləri buna görə yol polisinə təşəkkür ediblər. Ailəyə kömək edən yol patrul xidmətinin əməkdaşı Elnur Əliyev deyir ki, təxminən bir saat aparılan təmir işləri ilə yanaşı yolda da təhlükəsizlik tədbirləri tam təmin edilib.

Polis onu da bildirdi ki, gün boyu ərazidə 2-3 belə fakt olur ki, onlar da sürücülərə kömək edirlər.

Nə düşünürsən?