Suriyada itkin düşən rusiyalı `kölə azad edicisi` tapıldı

06.09.2019 | 6 | 0

Köləlik və insan alverinə qarşı mübarizə aparan "Alternativ" İctimai Hərəkatın lideri Oleq Melnikov, Suriyada itkin düşməsi xəbərindən sonra ilk dəfə əlaqə saxlayıb. FaktXeber.com-un Lenta.ru-ya istinadla verdiyi məlumata görə, o, YouTube-da video mesaj göndərib.


Kadrlarda görünür ki, o,  narahatlıqlarına görə hər kəsə təşəkkür edir və təhlükəsilik baxımından olduğu yer barədə məlumat verə bilməyəcəyini deyir. Melnikov bundan başqa rəhbərlik etdiyi təşkilatın hələ ki, bu günə qədər görülən işlər barədə məlumat yayımlaya bilməyəcəyini, lakin bunu tezliklə edəcəklərini vurğulayıb.


Hüquq müdafiəçisinin sözlərinə görə, çətinliklərə baxmayaraq görülən işlər nəticə verib. 


“Tapşırıqlarımızı 120 faiz yerinə yetirmişik. Ehtiyacı olanlara kömək etdik... Bu bölgədə insan alverini, qul əməyindən istifadəni dayandırmaq üçün çox iş görmüşük. Bunda əli olan kifayət sayda insan saxladıq. Onlar cəzalandırıldı", deyə Melnikov bəyan edib.


Qeyd edək ki, itkin düşdükdən sonra onun barəsində ilk dəfə avqustun 14-də köməkçisi Maksim Vaqanov məlumat verdişdi, o, jurnalistlərə Melnikovun sağ olduğunu, lakin təhlükəsiz yerdə gizlənməyə məcbur qaldığını söyləmişdi: "Çünki yerli dəstələr başına qoyulan mükafata görə onu ovlamağı planlaşdırıb".


Avqustun 10-da bələdçilərlə birlikdə Böyük İdlibə gedən Melnikov üç dəfə təyin olunmuş vaxtda əlaqə saxlamadığından itkin düşdüyü bildirilmişdi.


“Alternativ” könüllü insan haqları təşkilatı müasir köləliyin müxtəlif təzahürləri - əmək, cinsi, dilənçiliklə mübarizə aparır. 8 il ərzində könüllülərin 1,3 mindən çox insanı köləlikdən azad etdiyi bildirilir. Təşkilat, digər şeylərlə yanaşı, Rusiya və MDB ölkələrindən olan mühacirləri ailə köləliyindən qurtarmağa çalışır və analarının xəbəri olmadan Yaxın Şərqə aparılan uşaqları axtarır.

Nə düşünürsən?