Kənardan baxanda adi avtomobildir, ancaq içərisinə baxanda fikirlər dəyişir

  • 06.09.2019
  • 0

Tovuz sakini "jiquli" markalı avtomobilinin interyerini tamamilə dəyişdirərək, tam komfortlu bir maşın düzəldib. Faiq Miyani bu avtomobili "səyyar ev" adlandırır. O , bu maşınla taksiçilik etdiyindən onunla getmək istəyənlərin sayı kifayət qədər çoxdur. Bəs avtomobildə nələr var?

Kənardan baxanda adi avtomobildir, ancaq içərisinə baxanda fikirlər dəyişir.

Taksi kimi fəaliyyət göstərən bu maşının interyeri tamamilə dəyişdirilib. Tovuz sakini Faiq Miyani VAZ 21-07 markalı avtomobilinin ön oturacağını ləğv edib və əvəzində mini mətbəx düzəldib.

Tovuz küçələrində şütüyən bu avtomobilə sakinlər "VİP taksi" adını veriblər. Yalnız sifarişlə sərnişin daşıyan sürücü, müştəri məmuniyyəti üçün təklif etdiyi xidmətlər üçün gedişhaqqından əlavə ödəniş tələb etmir.

Avtomobilin özəllikləri bununla bitmir.

Nə düşünürsən?