Ermənistan-Azərbaycan sərhədində monitorinq keçirilib

  • 05.09.2019
  • 0

Sentyabrın 4-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib. APA-TV nin yerli bürosunun məlumatına görə, Ermənistanla sərhəddə yoxlama keçirəcək nümayəndə heyəti Tovuz rayon İcra Hakimiyyətində, rayon rəhbəri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıblar. 


Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirir. 


Daha sonra ATƏT nümayəndələri monitorinqin keçirildiyi Tovuz rayonunun Əlibəyli kəndinə yola düşüb. 


Qeyd edək ki, Ermənistan tərəfindən monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirib. Monitorinq insidentsiz başa çatıb.

Nə düşünürsən?