Böyük Britaniyanın səfiri Azərbaycan dilində videomüraciət yaydı

  • 04.09.2019
  • 0

"Azərbaycan Britaniya üçün çox əhəmiyyət kəsb edən bir ölkədir".

APA TV-nin xəbərinə görə, bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Ceyms Layl Şarp "Facebook"da yayımlanan videomüraciətində deyib.

Azərbaycan dilini və tarixini öyrənmək üçün artıq bir müddətdir ki ölkədə olduğunu qeyd edən diplomat Azərbaycan xalqının nə qədər istiqanlı və qonaqpərvər olduğunu qeyd edərək burada səfir olmağından məmnunluq duyduğunu ifadə edib: "Azərbaycan çox sürətlə inkişaf edən və Britaniya üçün əhəmiyyət kəsb edən bir ölkədir. Birləşmiş Krallıq ilə Azərbaycan arasında güclü və tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha da inkişaf etdirmək və münasibətləri yeni mərhələyə çatdırmaq niyyətindəyəm. Bura siyasi münasibətlərimizi gücləndirmək Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək və hal-hazırda yüksək səviyyədə olan ticarət və enerji məsələlərində əməkdaşlığımızı genişləndirmək kimi məsələlər aiddir”.

Təhsil, turizm, idman və mədəniyyət kimi sahələrdə Britaniya və Azərbaycan vətəndaşları arasındakı əlaqələri daha da gücləndirmək niyyətində olduğunu qeyd edən britaniyalı diplomat demokratiya və insan hüquqları məsələlərində də açıq və məhsuldar müzakirələr aparmaqda maraqlı olduğunu əlavə edib: "Azərbaycanda yaşamağı və işləməyi, bu ölkə və xalq haqqında daha çox məlumat toplamağı və onun zəngin mədəniyyətindən zövq almağı səbirsizliklə gözləyirəm".

Nə düşünürsən?