Tullantı çeşidlənməsi yenidən aparıldı

  • 03.09.2019
  • 0

İyul ayından etibarən Bakı şəhərinin Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən hazırlanmış yeni pilot layihənin icrasına başlanıb.


Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan monitorinq mərkəzində Bakı növbəti dəfə ezam olunmuş tullantı menecmenti məsləhətçisi Artur Guasti bildirdi ki, tullantıların araşdırılmasının təkrarlanması, əldə edilən təkrar emal tullantılarının nisbətən dəqiq öyrənilməsidir.


Kommunal xidmətlər müəssəsinin direktoru İlqar Hüseynovun sözlərinə görə, meydançalara lazımı miqdarda konteynerlər yerləşdirilib, sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dizenfeksiya edilir.


Qeyd edək ki, layihə uğurla həyata keçirilir və yaxın gələcəkdə Nərimanov rayonu ilə yanaşı digər rayonlarda da tətbiq ediləcək.

Nə düşünürsən?