Əlillər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

25.08.2019 | 5 | 0

Dörd il əvvəl hərbi xidmətdə olan zaman hər iki ayağını itirən Sənan Zamanov dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Qazinin bütün müayinə və müalicəsi dövlət hesabına aparılıb. Hətta yüksək məbləğdə pensiya və Prezident təqaüdü alır.


Xezerxeber.az-ın məlumatına görə, cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə sağlamlığını itirən Bərdə rayon Lək kənd sakini Zamanov Sənan İlyas oğlu 1991-ci ildə anadan olub.



Məcburi hərbi xidmət dövrünü başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yollanıb. Kəşfiyyat bölüyündə xidmət edən Sənan Zamanov 2015- ci il avqustun 18- də cəbhənin Tərtər rayonu istiqamətində ermənilərin basdırdığı minaya düşüb. Nəticədə onun hər iki ayağı amputasiya olub.



Dövlət tərəfindən müayinə və müalicə işləri aparılan qazi hərbiçiyə hər iki ayağı üçün protez verilib.



O, dövlət tərəfindən avtomobillə də təmin olunub. Əlilliyinə görə yüksək məbləğdə pensiya və Prezident təqaüdü alır. Sənan Zamanov hazırda mənzil növbəsindədir.

Nə düşünürsən?