Millimizin AÇ-də 8-ci sınağı

  • 23.08.2019
  • 0

Qadın voleybolçular arasında Avropa çempionatı start götürür. Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq. Covanni Kapraranın rəhbərlik etdiyi seçməmiz ilk matçını bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 17-da başlayacaq.

İtaliyalı mütəxəssis yarış ərzində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-lik”dən yararlanacaq.

Komandamız Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə mübarizə aparacaq. Tarixində 8-ci dəfə Avropa çempionatında iştirak edəcək kollektivimiz 1/8 finala vəsiqə qazanmaq üçün qrup mərhələsini ilk 4-lükdə bitirməlidir. Millimiz bunu bacarsa, A qrupunun komandaları ilə qarşılaşacaq. Çempionatda ilk 7 yeri tutacaq seçmələr Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcəklər. Bu yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Nə düşünürsən?