Mingəçevirdə şəhid adına hörmətsizlik: Şəhidin şəkli ayaqlar altında,bina susuz...

  • 22.08.2019
  • 0

Mingəçevirdə  şəhid  adını  daşıyan binanın hazırkı durumu ürək ağrıdır. 


Oxu24.com xəbər verir ki, əsasən Ağdam  rayonundan olan məcburi köçkünlərin yaşadığı şəhid  Tahir Məhərrəmovun  adını daşıyan Gənclər mərkəzi  qəzalı vəziyyəti ilə diqqəti çəkib. Bina sakinlərinin saytımıza verdiyi məlumata görə,Ağdam işğal olunan zamandan onlar burada məskunlaşıblar. Binanın  son  günlər təhlükəli vəziyyət alması sakinləri ciddi narahat edir. Bu azmış  kimi baxımsızlıq üzündən Şəhid  Tahir Məhərrəmovun şəkli  olan lövhə dağılaraq ayaqlar altına düşüb. Bina sakinləri  dyeir ki, qəza vəziyyəti ilə bağlı dəfələrlə Qaçqınkoma müraciət etsələr də cavab verən  olmayıb.


Qızmar yayın gümlərində bina sakinləri daha bir bəla ilə üzləşib. Artıq 20 gündən çoxdur ki, binaya suyun verilişi dayandırılıb. Azərsu ASC-nin yerli əməkdaşları bildiriblər ki, qeyd olunan bina heç bir qurumun tərkibində yoxdur. Bu səbəbdən də binaya yeni su xəttinin çəkilməsi sakinlərin öz vəsaiti hesabına olmalıdır. Bina sakinləri deyir ki, bugünədək  suyu xüsusi qablarda qonşu binalardan və parkların həyətindən gətirirlər.


Xatırladaq ki, keçən il adıçəkilən binanın sakinləri etiraz aksiyası keçirmişdi.

Nə düşünürsən?