Rusiya 6 tonluq dronunu sınaqdan keçirdi

  • 21.08.2019
  • 0

Rusiya "Altius-U” adlı dronunu sınaqdan keçirib.


6 ton ağırlığında olan və bir gündən çox havada qalan dron test zamanı 32 dəqiqə havada qalıb.


Rusiya Müdafiə Nazirliyi dronun ilk test uçuşu həyata keçirdiyini təsdiq edib.


Nazirlik qeyd edib ki, 6 ton ağırlığında olan dron avtomatik hava rejimində 800 metr yüksəklikdə 32 dəqiqə hərəkət edib. Bu zaman dronun sistemləri normal işləyib və radar vasitələrindən istifadə edərək kəşf missiyasını həyata keçirib./teleqraf

Nə düşünürsən?