Müəllimlərin işə qəbulu

  • 21.08.2019
  • 0

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Avqustun 20-də Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimi olmaq istəyən 750 namizəd müsahibə mərhələsində iştirakı etdi. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanıldı. 

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Nə düşünürsən?